18 May, 2017
Bir qrup xristian İmam Hüseyn və Həzrət Əbülfəzlin(ə) hərəmini ziyarət edib

Bağdadın Həzrət Məryəm (s) kilsəsindən bir qrup məsihi  ötən gün İmam Hüseyn (ə) və Həzrət Əbülfəzlin (ə) hərəmini ziyarət edib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,bu barədə müqəddəs hərəmin rəsmi saytında ("İmamhussain")bildirilib.

Məlumata görə,  İmam Hüseyn və Həzrət Abbasın  (ə) hərəmini ziyarət edən xristian qonaqlar hərəmin müxtəlif bölmələrinə baxış keçirib.

Onlar həmçinin  Kərbəlada olan şərqin ən qədim kilsələrindən olan “Əl-Əqsir” kilsəsini ziyarət edib, dua oxuyublar.

Bağdad kilsəsinin episkopu Martin Bna deyib ki, bizim Kərbəlaya səfərdən məqsədimiz  müsəlmanlar və məsihilər üçün müqəddəs olan ziyarətgahları ziyarət etmək və  İraq xalqı üçün  sülh və əminamanlıq üçün dua etməkdir.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6834.html