
Dubayda qış tətilini keçirən Real Madrid" futbol klubunun dünya şöhrətli Braziliya əsili futbolçusu Kaka Dubay məscidlərinin birini ziyarət edib.
Həyat yoldaşı ilə məscidi ziyarət edən futbolçunun həyat yoldaşının kamil hicaba riayət etməsi diqqəti cəlb edib. Futbolçu özü İslam dini barədə olan görüşləri barədə məsciddə bölüşərkən deyib: "İslam dini mərhəmət və şəfqət dinidir. Və mən bunu müsəlmanların rəftarında da müşahidə edirəm. Bu din barədə bundan sonra çoxlu mütaliələr edəcəyəm"