
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı mayın 23-də Ağdam rayonu Quzanlı qəsəbəsində Ağcabədi, Tərtər və Ağdam rayonlarının sakinlərini qəbul edəcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görəbu barədə DQİDK mətbuat xidməti məlumat yayıb.
Qəbul Ağdam rayonu Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov
Mob: (050) 315-53-52
Telefon: (021) 27-5-52-00
e-mail:info@scwra.gov.az