16 May, 2017
Suriya-İordaniya sərhədində partlayış olub, ölənlər var

Suriya-İordaniya sərhədində, qaçqın düşərgəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, yaralananlar var.

Ahlibeyt.az-ın İzvestiya-ya istinadən verdiyi xəbərə görə,bu barədə Al-Jazeera agentliyi məlumat yayıb.

Xəbərə görə,hadisə Suriya hökumət qüvvələrinə qarşı döyüşən müxalif Azad Suriya Ordusuna(ASO) məxsus buraxılış məntəqəsi qarşısında baş verib.

Məlumata əsasən, Suriya-İordaniya sərhədində yerləşən “Əl-Rukban” düşərgəsində Deraa əyalətindən olan qaçqınlar məskunlaşıb. Qeyri-rəsmi mənbələrə görə, hazırda düşərgədə evlərini tərk etməyə məcbur qalan 75 min nəfər yaşayır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6816.html