
Türkiyədə çox sayda insan Aya Sofya müzeyinin qarşısında toplaşaraq, namaz qılıb.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə “Hürriyet” məlumat yayıb.
Xəbərə əsasən, Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya müzeyinin qarşısında çox sayda insan toplaşıb. Onlar orada sübh namazını qılaraq, müzeyin yenidən məscidə çevrilməsinə dair çağırışlar ediblər.
Həmin insanların yerli vaxtla saat təqribən 04.00-da baş tutmuş görüşünü “Anadolu Gənclər Assosiyasiyası” (AGD) təşkil edib. Görüş iştirakçıları “Zəncirləri qır, Aya Sofyanı aç” şüarı altında çıxış ediblər.
Namaz qılındındıqdan sonra kütlənin dağılışdığı qeyd edilir.
Aya Sofya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) – Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəd. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur.