11 May, 2017
İslam Xeyriyyə Təşkilatı görmə imkanları məhdud şəxslər üçün 220 min dollar məbləğində avadanlıq bağışlayıb

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində yeni qurulmuş tipoqrafiyanın açılış mərasimi keçirilib.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə,, Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı görmə imkanları məhdud şəxslər üçün nəşrlərin hazırlanması üçün Azərbaycana 220 min dollar məbləğində müasir tələblərə və beynəlxalq standartlara cavab verən, yüksəkkeyfiyyətli poliqrafiya avadanlıqları bağışlayıb. Tipoqrafiyada 12 nəfər görmə imkanları məhdud şəxs çalışacaq.

Tipoqrafiyada yalnız görmə imkanları məhdud şəxslər üçün deyil, o cümlədən, istənilən nəşrlərin hazırlanması mümkündür.

Mərasimdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6791.html