9 May, 2017
Əfqanıstanda mədrəsədə törədilmiş partlayışda doqquz nəfər ölüb

Əfqanıstanın Pərvan əyalətindəki mədrəsədə güclü partlayış baş verib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,“Tolonews” telekanalının məlumatında bildirilir ki,hadisə zamanı doqquz nəfər həyatını itirib.

Bildirilib ki, partlayışda həyatını itirənlər yerli ilahiyyatçılar şurasının rəhbəri və səkkiz tələbədir.

Partlayıcı qurğu dərs zamanı sinifdə işə salınıb. Yaralılar barədə məlumat verilmir.

Hücuma görə heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6775.html