8 May, 2017
Səudiyyə Ərəbistanında qadın hüquqları barədə fərman imzalanıb
Yeni fərmana əsasən Səudiyyəli qadınların hüquqları görülməmiş şəkildə genişləndirilib

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının kralı qadınların hüquqları barədə fərman imzalayıb. Kral Salman ibn Əbdül Əziz Əl Səud müvafiq fərmana imza atıb.

Belə ki, artıq qadınlar müstəqil şəkildə, qəyyumun icazəsi və müşayiəti olmadan səyahət edə və hətta müxtəlif instansiya və dövlət təşkilatlarına şikayət ərizələri verə biləcəklər.

Bundan başqa, krallığın qadın sakinləri bir sıra şirkətlərin nəqliyyat xidmətlərindən istifadə edə biləcəklər, çünki hazırda səudiyyəli qadınlara avtomobil idarə etmək qadağandır.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6768.html