5 May, 2017
İŞİD-i ABŞ yaradıb, indi də istifadə edir – Eks-prezident

ABŞ gərək vertolyotlarının Əfqanıstan və Pakistan sərhədi boyunca uçub, terrorçulara yardım aparmasına aydınlıq gətirsin.

Ahlibeyt.az-ın axar.az-a istinadən məlumatına görə,bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın eks-prezidenti Həmid Kərzai söyləyib.

O,bildirib ki,İŞİD terror qruplaşmasını  ABŞ yaradıb və indi alət kimi istifadə edir.

Əfqanistanın keçmiş prezidenti açıqlamasında qeyd edib ki, ABŞ Əfqanistana GBU-43 bombasını da ekstremistlərlə razılaşdırıb atmışdı”

Qeyd edək ki,bir müddət əvvvəl ABŞ Əfqanistanda İŞİD-ə qarşı "Ana bomba" adı ilə məhşur olduqca böyük dağıdıcılıq gücünə malik silahdan istifadə etmişdir.Lakin sonradan heç bir terrorçünün zərər görmədiyi açıqlanmışdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6756.html