
İndoneziyanın Turizm İdarəsi Həccə gedən indoneziyalı zəvvarlar üçün oradan Bakıya tur paketləri hazırlamağı planlaşdırır.
Ahlibeyt.az-ın məlumatına görə,bunu "Report"un Şimal bürosuna İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.
Səfirin sözlərinə görə, il ərzində İndonazeyidan Məkkəyə Ümrə ziyarətinə 7 milyon insan gedir: "Gün ərzində 19 min indoneziyalı Ümrə ziyarətinə gedir. Bundan başqa, İndoneziya vətəndaşları əsasən, Özbəkistana, Türkiyəyə, İordaniyaya səfər edirlər".
O bildirib ki, İndoneziyalıların daha çox səyahət etdiyi ölkələr siyahısına Azərbaycanı da daxil etməkdə maraqlıyıq:
"Çünki Azərbaycanın geniş turizm potensialı var. Hazırda bu məsələnin üzərində işləyirik" - bu ideyanı səfirlik irəli sürüb deyə Husnan Bey Fananie qeyd edib.