
Səudiyyə Ərəbistanının əl-Əvəmiyyə bölgəsində yaşayan şiələrin etiraz aksiyaları səngimək bilmir.
Dünən Qətifdə keçirilən növbəti etiraz aksiyasını zor gücünə yatızdıran polis və hərbçilər üç nəfəri yaralamış və 22 yaşlı İsam Məhəmməd Əbu Abdullahı şəhid etmişlər.
Səudiyyənin DİN-nin verdiyi rəsmi məlumatda Qətifdə baş vermiş etiraz aksiyasında iştirak edənlər təqsirli bilinərək deyilir ki, polis və hərbçilər özlərini müdafiə zamanı odlu silahdan istifadə etmişlər.
Xatırladaq ki, dünən keçirilən etiraz aksiyası həbs olunan şiələrin azadlığa buraxılması tələbilə keçirilmişd.