20 Fevral, 2024
Şaban ayında tövsiyyə olunan xüsusi hacət namazı

Hədis və rəvaayətlərdə qeyd olunur ki,mübarək Şaban ayının hər cümə axşamı Allah-Təala səmaları bəzəyər və mələkər deyərlər: "İlahi bu günün oruc tutanlarını bağışla və onların dualarını müstəcəb(qəbul) et".

Şəban ayı əməllərində hər cümə-axşamı günü (4-cü gün) 2 rəkət xüsusi hacət namazı qılınıması tövsiyyə olunur:

Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi,oxunur. Namazın salamından sonra 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün dini və dünyəvi hacətlərini qəbul edib yerinə yetirər.

Həmçinin bu günün(cümə axşamı gününün) orucunun da olduqca çox savabı olduğu qeyd olunur.

Peyğəbərdən nəql olunan bir hədisdə buyurulur ki, Şəban ayının bazar ertəsi və cümə axşamı günü(1-ci və 4-cü gün) oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət istəyini rəva edər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6737.html