
İslam Əməkdaşlıq Təşkilatının(İƏT) baş katibi Yusif bin Ahməd Əl-Usaymin 3-5 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Ahlibeyt.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Yusif bin Ahməd Əl-Usayminin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.