1 May, 2017
Rusiyadan 20 mindən çox müsəlman Həcc ziyarəti edə bilər
Səudiyyə Ərəbistanının ayırdığı kvotaya  uyğun olaraq 2017-ci ildə Həcc mərasiminə 20500 Rusiya vətəndaşı qatıla biləcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Həcc mərasiminə Rusiya üçün ayrılmış kvotanın artıq üçdə biri dolub.

Məlumata görə, Rusiyalı hacıların daşınması üçün Airbus А-330 və Boeing-767/777 tipli təyyarələr nəzərdə tutulub. Artıq  Rusiyanın aviasiya şirkəti Səudiyyə Ərəbistanı ilə bu haqda razılığa gəlib.
Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin rəhbəri Aleksandr Neradko deyib ki, Rusiya aviaşirkətləri həcc mövsümündə tələbatı ödəməyə tam hazırdır.

Qeyd edək ki,Rusiya hökumətinin qəbul etdiyi qərara əsasən Krım ərazisində yaşayan müsəlmanlar və Rusiyada yaşayış hüququ olan digər ölkə vətəndaşları da bu ölkənin Həcc ziyarəti idarəsinə müraciət edə bilərlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6721.html