13 Yanvar, 2012
Milyonlarla Əhli-Beyt(ə) aşiqi sabah Ərbəin mərasimini Kərbəlada qeyd edəcək

İraqdan verilən xəbərlərə görə, İmam Hüseynin(ə) Ərbəin mərasimini qeyd etmək üçün Kərbəlaya gələn zəvvarların sayı 10 mln nəfərə çatmaqdadır.

Bildirilir ki, artıq şəhərdə o qədər sıxlıq yaranıb ki, küçələrdə hərəkət etmək çətinləşib və şəhərin avtomobil yolları demək olar ki, iflic vəziyyətindədir.

Beynul-Hərəmeynin ətrafında bir neçə gündür ki, əzəmətli əzadarlıq mərasimləri təşkil olunur və sabah həmin mərasimlərin kulminasiyaya çatacağı bildirilir.

Camaatın bu qədər çoxluğuna səbəb kimi ABŞ ordusunun İraqı tərk etməsi və camaatın rahat digər şəhər və ölkələrdən Kərbəlaya axın etməsi göstərilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-672.html