
Hələbdəki Əhli-beytə aid ziyarətgah yenidən zəvvarların üzünə açılıb
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Xəbərə görə, 5 ildən sonra Hələbdə yerləşən “Məşhədul-Huseyn” ziyarətgahı yenidən zəvvarların xidmətinə verilib.
Terrorçlular tərəfindən hücuma məruz qalan ziyarətgah, Suriya dövləti tərəfindən yenidən inşa edilib.
Qeyd edək ki, İmam Hüseynin (ə) karvanı Kufədən Şama getdikləri zaman bu məkanda istirahət ediblər.