
Mədinənin əmiri şahzadə Əbdül-Əziz bin Məcid müsəlmanların ilk məscidi olan Quba məscidinin rekonstruksiya ediləcəyini bildirib.
Onun sözlərinə görə, məscidin ərazisi genişləndiriləcək və ilkin etapda bunun üçün 200 mln. Səudiyyə rialı ayrılacaq.
Xatırladaq ki, Quba məscidi Peyğəmbərin(s) də tikintisində iştirak etdiyi ilk məsciddir. Məscid bir neçə dəfə rekonstruksiya edilərək yenidən tikilmişdir. Sonuncu dəfə məscid keçən əsrdə rekonstruksiya edilmişdi.