
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyası nəşr olunub.
Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,monoqrafiyada Naxçıvan ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən bu abidələri inşa edən bəzi memarlar barədə məlumat verilir.
Yeni nəşrə memarlıq nümunələrinin fotoşəkilləri və onların üzərində qalan kitabələrin qrafik təsvirləri də yer alıb.