
Ahlibeyt.az-ın Qafqazislam-a istinadən məlumatına görə, müxtəlif ölkələri təmsil edən iştirakçılarla yanaşı müsabiqələrdə Azərbaycan nümayəndələri də çıxış ediblər.
Belə ki, Misir Ərəb Respublikasında keçirilən müsabiqədə ölkəmizi Quran Hafizi Sadiq Məmmədov, Küveytdə isə Quran hafizi Cavid Muradlı ilə Quran qarisi Kamal Məmmədov təmsil ediblər.
Yarışmada uğurla çıxış edən təmsilçilərimiz təşkilat komitələri tərəfindən “təşəkkürnamə alıblar. Misirdə keçirilən müsabiqədə təmsilçimiz Sadiq Məmmədov 48 iştirakçı arasında 8-ci, Küveytdə isə Kamal Məmmədov 44 iştirakçı arasında 9-cu yerə layiq görülüb.




