
“Azərbaycanda halal turizmin tətbiqi ilə bağlı standartlar hazırdır”.
Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, bu sahədə texniki komitələr yaradılıb: “Halal turizmin yaradılması üçün müəyyən baza standartları var ki, hazırda bununla bağlı texniki komitədə işlər gedir, heç bir problem yoxdur”.
Qeyd edək ki, Azərbaycanda halal turizmin tətbiqi təklif edilir.