13 Yanvar, 2012
İsveçin təhsil müəssisələrində niqab taxmağa icazə verildi

İsveçin Təhsli üzrə Milli Agentliyi təhsil olcaqlarında niqabın total qadağasını rədd edib.

Agentlikdən bildiriblər ki, niqabın total qadağası dini etiqad azadlığının pozulmasıdır. Yalnız bəzi hallarda müəllimlər bu qadağanı tətbiq edə bilərlər. Agentlik bəzi hallar dedikdə nəyin nəzərdə tutulduğunu da açıqlayıb. Beləki, əmək dərsində tələbələrin dəzgah və metallarla işlədiyi zaman, kimya dərsində isə tələbələrin laboratoriya təcrübələri apardığı zaman niqabın mane olacağı təqdirdə, müəllimlərin bu qadağanı tətbiq etmək icazəsi olduğu bildirilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-670.html