
İraqın Qərbi Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün "Həşd əl-Şabi" qüvvələri yeni antiterror əməliyyatlarına start veriblər.
Ahlibeyt.az-ın SalamNwes-a istinadən verdiyi xəbərə görə,bu barədə İraq mətbuatı məlumat yayıb.
Məlumata görə, Həşdi-Şəbi könüllü hərbi hərəkatın komandanı Əbu Mehdi əl-Muhəndis mətbuata açıqlamasında bildirib ki, hazırda əl-Həzr məntəqəsində əməliyyatlar aparılır. “Muhəmməd Rəsulullah” adlı əməliyyatlara İraq Hərbi Hava Qüvvələri də dəstək verir.
Məlumata görə, əməliyyatların ilk saatlarında çox sayda terrorçu məhv edilib. İŞİD-ə məxsus üç hərbi baza ələ keçirilib. Qaçmağa çalışan 13 terrorçu əsir götürülüb.