25 Aprel, 2017
Samirrada İmam Hadi(ə) və İmam Həsən-Əsgərinin(ə) məzarlarının yeni zərihləri – FOTO
İmam Hadi və İmam Əsgərinin (ə) məzarlarının yeni zərihləri Məbəs bayramı ərəfəsində aprelin 24-də rəsmi mərasim keçirilmədən zəvvarların ziyarəti üçün açılıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, altı guşəli zərihin açılış mərasimi Şəban ayının 15-ə planlaşdırılmışdı, lakin yeni zərihin quraşdırılması prosesi 20 gün tez başa çatıb.

Zərih sübh namazı zamanı zəvvarların ziyarəti üçün açılıb.

İraqın Samirra şəhərində 10-cu imamı Həzrəti Əliyyən Nəqi(ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin(ə) yeni zərihi 11 ton çəkidədir.Zərihin hazırlanması üçün 4.500 kq xalis gümüş, 1100 kiloqram mis, 60 kiloqramdan artıq qızıldan istifadə olunub.




















Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6690.html