25 Aprel, 2017
Suriya ordusundan terrorçulara ağır zərbə

Suriya ordusu Həma əyalətində terrorçulara ağır zərbə endirib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın rəsmi SANA-agentliyi məlumat yayıb.

Xəbərə əsasən, Suriya ordusu tərəfindən Həma əyalətinin şimalında 3 yaşayış məntəqəsi azad olunub, 300 terrorçu məhv edilib.

Əməliyyat zamanı terrorçulara məxsus 2 silah anbarı, 20 nəqliyyat vasitəsi və 2 tank məhv edilib. Terrorçuların nə qədər vaxt ərzində məhv edildiyi haqda məlumat verilməyib.

Bundan əvvəl bildirilmişdi ki, Suriya ordusu Həma əyalətinin şimalın və cənubunda irəliləyərək, onun ərazisinin 80 faizini nəzarət altına alıb.

Qeyd edək ki, Suriya ordusu bazar günü Həmanın şimalında yerləşən Həlfəyya yaşayış məntəqəsində terrorçulara məxsus ən böyük istinadgahlardan birini məhv edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6689.html