22 Aprel, 2017
Bu ölkədə "Milli Hicab Günü" rəsmi şəkildə qeyd olunacaq
Filippinin Parlament Komitəsi fevral ayının 1-ni ölkədə "Milli Hicab Günü" kimi təqdim edən qanun layihəsini təsdiqləyib.

Ahlibeyt.az-ın Maide.az istinadən verdiyi xəəbərə görə,bu barədə islam.ru məlumat yayıb.

Qanun layihəsinə əsasən, filippinli müsəlmanlar üçün "Milli Hicab Günü" münasibətilə tədbirlərin təşkili ilə dövlət komissiyası məşğul olacaq.

"Milli Hicab Günü"nün qeyd olunmasından məqsəd dövlət səviyyəsində ölkədə hicab barədə maarifləndirmə və məlumatlların artırılması, eləcə də islami hicabla bağlı yaranmış mövhumatlarla mübarizə aparmaqdır.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6675.html