
İdlibdə edildiyi iddia olunan kimyəvi hücum barədə danışan Suriya prezidenti Bəşər Əsəd, İŞİD lideri Əbubəkr Əl-Bağdadinin həbs edilməsinə dair iddialara da cavab verib.
Ahlibeyt.az-ın deyerler.org-a istinadən məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd Sputnik-ə verdiyi müsahibəsində, Əl-Bağdadinin həbs edilməsinə dair mətbuatda gedən iddiaları təkzib edib: "Xeyr, bu doğru deyil.
Sərhəd hazırda İŞİD-in nəzarəti altındadır. Sərhədə Suriya, Rusiya, ABŞ və ya bir başqa Qərb ölkəsi tərəfindən yox, yalnız İŞİD tərəfindən nəzarət olunur. Bu səbəblə Əl-Bağdadi həmin bölgədə tamamilə təhlükəsizlikdədir".