20 Aprel, 2017
34-cü Beynəlxalq Quran Yarışı başladı: Azərbaycan bir nümayəndə ilə təmsil olunur
İran İslam Respublikasının paytaxtı Tehranda 34-cü Beynəlxalq Quran Yarışı təntənəli mərasimlə işinə başlayıb.

Ahlibeyt.az-ın Faktxəbər-ə istinadən məlumatına görə, "Bir kitab, bir ümmət" şüarı altında keçirilən builki müsabiqədə Azərbaycandan iki Quran qarisinin iştirakı gözlənilsə də, son anda iştirakçılardan birinin yarışa qatılmadığı bəlli olub. 19 Aprel 2017-ci  il tarixdən start götürən yarışda ölkəmizi rihani və beynəlxalq Quran qarisi, Vilayət İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Hacı Əlizaman Əliyev təmsil edir.

Dünyanın 83-dən yuxarı ölkəsindən 300 nəfərədək nümayəndə bu böyük müsabiqədə iştirak edir.

Yarışın açılışı beynəlxalq qari Seyyid Cavad Hüseyinin Qurani-Kərimin tilavəti ilə başlayıb.

Builki yarışlar indiyə qədərki digər beynəlxalq Quran yarışlarından fərqi rakursda gerçəkləşir.Belə ki, Quran yarışları tarixində ilk dəfə iştirakçılar eyni zamanda 5 nominasiyada rəqabət aparacaqlar.Belə ki, yarışlarda görmə qabiliyyəti məhdudiyyətli olanlar, məktəblilər və qadınlar, yaşlılar və hövzə tələbələri özlərini sınayacaqlar.

Bu beş müsabiqə üzrə iştirakçıların çıxışlarını 24-ü iranlı və 16-sı əcnəbi münsif olmaqla 40 nəfərlik Münsiflər Heyəti və Quran üzrə mütəxəssisin dəstəyilə müsabiqənin təşkilat komitəsi dəyərləndirəcək.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6663.html