
Xarici səfərlərinə Misirdən başlayan Fələstinin baş naziri İsmayıl Haniyə Sudan, Türkiyə və Tunis səfərlərindən sonra yenidən Misirə səfər edərək paytaxt Qahirədə əl-Əzhər Şeyxi Əhməd ət-Təyyib ilə görüşüb.
İsmayıl Haniyə ilə görüşdən sonra Əhməd ət-Teyyibin bəyanatı yayımlanıb. Cihadın müxtəlif üslubları olduğu bildirilən bəyanatda deyilir ki, Qüdsün azadlığı yolunda hər bir üslub mübahdır. Bəyanatda həmçinin deyilir ki, işğalçı sionistlər Fələstin torpaqlarını zor görməsələr tərk edən deyillər. Bunun üçün isə ilk növbədə fələstinlilərin birliyi lazımdır. Çünki fələstinlilər arasında vəhdətinin olmamasından yalnız sionistlər mənfəət əldə edirlər.