20 Aprel, 2017
Göz yaşları ölüm mələyini geri qaytara bilərmi?

Peyğəmbər (s) buyurur:

"Xəstəliklər və dərdlər ölümün elçiləridir. Ömür başa çatdıqda, ölüm mələyi gəlir və deyir: Ey Allah bəndəsi, sənə xəbər ardınca xəbər,  elçi ardınca elçi göndərdim. Amma son xəbər mənəm!.Sonra deyər:Allahın dəvətini qəbul et, istər həvəslə, istər həvəssiz!".Ölüm mələyi bəndənin ruhunu çıxaranda, ətrafdakılar nalə çəkib, göz yaşları axıdarlar.Ölüm mələyi deyər:Kimin üçün ağlıyırsınız? Kiminçün göz yaşı axıdırsınız? And olsun Allaha ki, onun zamanı bitibq və bütün ruzisini alıb. Allah onu dəvət edib, o da qəbul edib. Yenə əlavə edər:Ağlamaq istəyirsinizsə, özünüzə ağlayın! Son nəfərinizin ruhunu çıxaranadək, yanınıza gələcəyəm!".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6657.html