
Şimali Qafqazın 2,7 min sakini Suriya və İraqda terrorçu təşkilatların tərkibində vuruşurlar.
Ahlibeyt.az-ın publika.az-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“Beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb olunmuş vətəndaşlar xüsusi təhlükə yaradırlar. Əldə edilən məlumatlara görə, Suriya və İraqdakı terror təşkilatların tərkibində Şimali Qafqazın 2,7 min sakini vuruşur. Qanunsuz silahlı birləşmələri üçün döyüşçü yığan 66 şəxs aşkar edilib”, - Patruşev Həştərxanda keçirilən müşavirədə deyib.
O qeyd edib ki, Mərkəzi Asiya regionundan olan missionerlərin dağıdıcı fəaliyyəti buna imkan yaradır.