19 Aprel, 2017
Ərəb KİV-ləri İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsi haqqında məlumat yayıb

KİV İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsi haqqında məlumat verib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, məlumatı yayan ərəb KİV nümayəndələri, xəbərin mənbəyi kimi BMT Təhlükəsizlik və İnformasiya Komitəsi yanında informasiya xidməti rəisi Heytam Əbu Səidi göstərirlər.

Verilən məlumata əsasən, Əl-Bağdadi İraqın Mosul şəhərindən çıxmağa cəhd edərkən həbs olunub. Terrorçuların başçısını İraq-Suriya sərhədini keçən zaman ələ keçiriblər. Ələ keçirilən İŞİD liderinin nəzarət altında olduğu bildirilir.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6651.html