19 Aprel, 2017
BMT-dən Qəzza ilə bağlı həyəcan təbili: Yaşayış mümkün olmayacaq!

BMT Qəzza Sektoru ilə bağlı öz narahatlığını dilə gətirdi.

Ahlibeyt.az-ın İslamazeri.com.a  istinadən verdiyi xəbərə görə, bu barədə İslam-Todey"məlumat yayıb.

Xəbərə əsasən BMT-in fələstinlilərə humanitar yardım proqramının koordinatoru Robert Payper şiddətlənmiş enerji böhranının fonunda bildirib ki, tezliklə Qəzza Sektoru orada yaşayan təqribən 2 milyon sakinin yaşayışı üçün yararsız olacaq.

“BMT artıq dəfələrlə xəbərdarlıq edib ki, burada toplanan xronik problemlər bir gün dönüş nöqtəsinə, yəni Qəzzanın sadəcə olaraq yaşayış üçün yararsız olacağı günə gətirib çıxaracaq.”

Xatırladaq ki, ötən gün məlum olub ki, Qəzzanın yeganə işlək elektrik stansiyası fəaliyyətini dayandırıb.

Bundan əlavə, orada işsizliyin çox yüksək səviyyəsi - 42% və içməli su çatışmazlığı mövcuddur. Qəzza sakinlərinin demək olar ki, yarısının hər 2-3 gündən bir 5-8 saat şirin suya çıxışları olur.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6650.html