
Quranı Yapon dilinə tərcümə edən Fumio Savada dünyasını dəyişib.
Həmçinin yapon dilində bir neçə İslami kitabın müəllifi Hacı Məhəmməd Qaim Səfa Fumio Savada "Əhli-Beyt(ə) Dünya Assambleyasının da üzvü idi. Assambleyanın Yaponiyada yerləşən mərkəzinin sədri də hal-hazırda mərhumun oğlu Hüccətül-İslam Şeyx İbrahim Savadadır.
Assambleyanın sədri Ayətullah Məhəmməd Həsən Əxtəri onun vəfatı ilə əlaqədar mərhumun yaxınlarına və qohumlarına başsağlığı ərz edib.