
Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına yola düşür.
Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumatına görə,səfərdə məqsəd Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir.
Şeyxülislam A. Paşazadə, həmçinin, Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransda iştirak edəcəkdir.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcəkdir.