17 Aprel, 2017
İraqda İŞİD-in "Qafqaz əmiri" zərərsizləşdirildi

İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin əsas köməkçilərindən hesab olunan “Qafqaz əmiri” ləqəbli Həsbullah əl-Qafqazi Mosulun qərbində öldürülüb.

Ahlibeyt.az-ın "RiaNovosti"-yə istinadən məlumatına görə, qruplaşma rəhbəri naməlum şəxslər Təl-Afər şəhərində yaşadığı evin qarşısında güllələnərək qətlə yetirilib. Mənbənin bildirdiyinə görə, Təl-Afərda nadir hallarda görülən Əl-Qafqazi Bağdadinin yardımçılarından biri olub.

Qeyd olunur ki, əl-Qafqazinin qətlindən sonra İŞİD silahlıları bütün qatili tapmaq üçün Təl-Afərin yaşayış məntəqələrində axtarışa başlayıblar.

Məlumata görə, bundan əvvəl İŞİD-in Mosuldakı tanınmış komandirlərindən olan Əbu Mühacir ər-Rusi və qruplaşmanın "müharibə naziri" İyad Həmid əl-Jumeyri zərərsizləşdirilib.

Xatırladaq ki, Kiv-lərin məlumatına görə,Mosulun İraq xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınaraq nəzarətə götürdüyü ərazidən ABŞ HHQ-nə məxsus helikopterlər bəzi İŞİD mənsublarını təxliyyə etmişlər.

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6640.html