
Bəhreyndə Ramazan ayı ilə bağlı keçiriləcək müsabiqə qalibinə təyin olunan mükafat qalmaqala səbəb olub.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə “Al Alam”-ın məlumatında bildirilib.
Xəbərə görə, Bəhreyndə Ramazan ayı ilə bağlı keçiriləcək müsabiqənin qalibinə təyin olunan hədiyyə ölkənin hüquq müdafiəçiləri tərəfindən etirazla qarşılanıb. Belə ki, müsabiqənin qalibinə efiopiyalı xadimə təqdim olunacaq.
Müsabiqə şərtlərində qeyd olunub ki, müsabiqə qalibi xadimədən istifadə icazəsinə də malik olmalıdır.
Ölkənin ictimai fəalları bu hadisənin insan alveri olduğunu bildirərək, etiraz ediblər.