
İraq ordusuna məxsus "F-16" qırıcıları Qərbi Mosulda bir neçə İŞİD mövqelərini darmadağın ediblər.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə SalamNews “əl-Aləm”-ə istinadən m'lumat yayıb.
İraq Hərbi Hava Qqüvvələrinin Qərbi Mosulda apardığı antiterror əməliyyatlarında İŞİD-in müftisi, həmçinin Qərbi Mosul üzrə xətibi Abdullah əl-Bədrani və bir neçə İŞİD terrorçusu zərərsizləşdirilib.
Əməliyyat nəticəsində çox sayda terrorçunun öldüyü bildirilir.