
Hindistanda "inək müdafiəçiləri" müsəlman kişini döyərək öldürüblər.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə “FinancialTimes" məlumat yayıb.
Xəbərə əsasən, Hindistanda maldarlıqla məşğul olan müsəlmanlarla rəhmsiz şəkildə divan tutulmağa davam edir.
Belə ki, Caypur şəhərinin ətafında yerləşən Ramqarh bazarında müsəlman bir şəxs 3 inək və və buzov alıb. 55 yaşlı müsəlman kişi evə qayıdan zaman isə “inək müdafiəçiləri” onun qarşısını kəsiblər. Yük maşının sürücüsü induist olduğu üçün onu sərbəst buraxan “qoruyucular” müsəlman kişi və onun köməkçisini amansızcasına döyüblər. Müsəlman kişi aldığı travmalar səbəbi ilə xəstəxanada dünyasını dəyişib.