10 Yanvar, 2012
Vahhabi Şeyxi: Seçkilərdə fırıldaq şəri baxımdan vacibdir! (video)

Misirin vahhabi alimlərindən olan Şeyx Tələt Zəhran seçkilərdə fırıldağa icazə verib və bunu şəri baxımdan da vacib elan edib.

Şeyx Zəhran televiziya verilişlərinin birində onunla canlı bağlantı quran tamaşaçının sabiq prezident Hüsün Mübarəkin seçkilərdə fırıldaqla qalib gəlməsi barədə sualına cavab olaraq deyib ki, seçkilərdə fırıldaq düz və səhihdir. Mənim fikrimcə, şəri baxımdan da vacibdir. Və məqsədə çatmaq üçün fırıldağın savabı vardır. Hüsnü Mübarək də seçkilərdə fırıldaq etməklə savab qazanmışdır. Həmin savab "İxvanul-muslimin" hərəkatının banisi Seyyid Qütbü edam etmiş Cəmaləddin Əbdul Nasirin savabına bərabərdir.

Şeyx Zəhran ümumiyyətlə prezident seçkilərini haram bildiyini elan edərək deyib ki, insan ölənədək prezident olmalıdır yaxud da prezidentliyini istefa ilə tərk edə bilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-661.html