
Erməni işğal etdikləri Şuşa şəhərindəki Gövhərağa məscidində bərpa işlərinin aparılması təxribat xarakteri daşıyır.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O, qeyd edib ki, məscidi əqidəyə görə bərpa edərlər: “Axı ermənilərin əqidəsi yoxdur".
QMİ sədri bildirib ki, Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və ermənilərin dini lideri II Qaragenlə bu məsələ müzakirə olunacaq.