10 Aprel, 2017
Təbii rənglərlə yazılan ən böyük Quran - FOTO
Misirli sənətçi heç bir akademik dərəcəsi olmadan təbii rənglərdən istifadə edərək Quranı 3 ilə yazdı.

Ahlibeyt.az-ın Maide.info-ya istinadən verdiyi xəbərə görə,  O, 70x100 santimetr ölçüsü olan bu Quran kitabını Ginnesin rekordlar kitabına qeyd ediləcəyinə ümid edir.

Misirli orta yaşlı Səid Muhamməd Haşiş sarı kök, meyvə və bitkilərdən istifadə edərək təbii rənglər əldə edib və ən böyük əlyazma Quranı hazırlayıb:

“57 yaşım var, sadə bir ailədə böyüdüm. Bəzi problemlərə görə təhsilimi davam etdirə bilmədim. Cütçülük etdim və peşəmin yanında Ərəb xətt və təzhib sənətini öyrəndim. Hər zaman öz yazım ilə Qurani-Kərim nüsxəsini yazmaq istədim. Əvvəl bu işin bu qədər çətin olacağını düşünmürdüm. Təbii rənglərdən istifadə edərk Quranı yazmaq 3 il çəkdi. Quranda səhv olmamalıdır. Dəfələrlə olub ki, kiçik bir hərif səhvi və ya işarənin səhv olmasına görə, səhifəni yenidən yazmalı olmuşam”.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6592.html