
Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu İsveç paytaxtında hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.
Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. “ Suriyada bombardmanlara son qoyulmalıdır”, deyə R.Akilov bildirib.
Qeyd edək ki, aprelin 7-də İsveç paytaxtı Stokholmda sürücü iri həcmli yük avtomobilini piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.