10 Yanvar, 2012
Ərbəin mərasiminində Kərbəlada 400 min xarici zəvvar iştirak edəcək

İraqdan verilən xəbərə görə, bu il Ərbəin mərasimini qeyd etmək üçün 400 min xarici zəvvar müqəddəs Kərbəla torpaqlarına təşrif buyuracaqdır.

Ərbəin yaxınlaşdıqca artıq zəvvarların da təşrif buyurduqları bildirilən xəbərdə deyilir ki, zəvvarlar əsasən İran, Küveyt, Pakistan, Bəhreyn, Azərbaycan, Əfqanıstan, Livan və Hindistan vətəndaşlarıdırlar. Həmçinin bəzi Avropa ölkələrindən və Amerika qitəsi ölkələrindən də zəvvarlar Ərbəində Kərbəlada olacaqlar.

Xatırladaq ki, keçən il Ərbəin mərasimində Kərbəlada 250 min xarici zəvvar iştirak etmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-658.html