5 Aprel, 2017
Tunis sərgisində Kəbənin pərdəsinin zərlə toxunuşu nümayiş edilib - Foto

Tunisin 3-cü beynəlxalq kitab sərgisinin yekun mərasimində Kəbənin pərdəsinin zər, mis və qızıl ilə toxunuşu qaydası nümayiş olunub.

Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, aprel ayının 2-də, Tunisin 3-cü beynəlxalq kitab sərgisi öz işini başa çatdırıb.

Tunis 3-cü beynəlxalq kitab sərgisi cari ilin mart ayının 24-də başlamış və on gün davam edən sərginin yekun mərasimi keçirilib. Mərasimdə Kəbənin qızılı örtüyünün necə tikilib hazırlanması Ərəbistanın kitab sərgisi hücrəsində toxuculardan biri tərəfindən tamaşaçılara göstərilib.

Səudiyyə Ərəbistanın Tunisdəki səfirliyinin sərgidə iştirak edən nümayəndəsi Məhəmməd Əltum bu barədə bildiribi:

"Sərgidə Kəbənin qızılı pərdəsinin toxunuşunu tamaşaçılara göstərən toxucu müqəddəs Məkkədə Kəbə örtüyünün toxunduğu emalatxananın işçisidir və Ərəbistanın kitab hücrəsində xalis ipək pərdənin üzərinə Quran ayələrinin qızıl, mis və zər ilə necə toxunduğunu tamaşaçılar qarşısında icta edib.

Tunis kitab sərgisində toxunan pərdə əslində Kəbənin yeni örtüyünün bir hissəsi idi və bu ilin Həcc mərasimində Kəbə həmin pərdə ilə örtüləcəkdir."

زربافی پرده کعبه در نمایشگاه تونس + عکس

زربافی پرده کعبه در نمایشگاه تونس + عکس

زربافی پرده کعبه در نمایشگاه تونس + عکس

 


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6572.html