
İngiltərənin “Gates Stone” institutu araşdırmalar nəticəsində maraqlı nəticələr əldə edib.
Ahlibeyt.az-ın Islamazeri.com-a istinadən məlumatına görə.Avropanın bir çox bölgələrində kilsələrin bağlanmasının əksinə olaraq məscidlərin çoxaldığı bildirilən hesabatda deyilib:
“İngiltərənin paytaxtı London şəhəri müsəlman ölkələrindən İslama daha uyğundur. Yaxın zamanlarda şəhərdə 423 məscidin açılışı, 500 kilsənin bağlanması qeydə alınıb. Hətta bəzi kilsələr satın alınaraq, məscidə çevrilib. Bu insanların İslam dininə olan meyllərindən irəli gəlir”.
Mütəxəssislərin verdiyi ehtimala görə, 2020-ci ildə məsciddə namaz qılanların sayı 683 min nəfərə qədər artacaq, kilsələrdə ibadət edənlərin sayı isə 679 minə enəcək.