9 Yanvar, 2012
Vahhabi şeyxi: Yeni doğulmuş uşağın qulağına azan və iqamə oxumaq haramdır

Vahhabi alimlərindən olan Şeyx Xalid bin Əli əl-Muşaiqəh yeni doğulmuş uşağın qulağına azan və iqamə oxunmasının haram olduğunu bildirib.

Təxminən bir həftə bundan önə vahhabi şeyxinə yeni doğulmuş uşağın qulağına azan və iqamə oxumağın hökmü barədə sual ünvanlamışdı ki, o həmin suala belə cavab vermişdir:

"Yeni doğulmuş uşağın qulağına azan və iqamə oxumaq qeyri-şəridir. Çünki bu barədə Peyğəmbərdən(s) varid olan hədis zəif hədisdir".

Xatırladaq ki, yeni doğulmuş uşağın sağ qulağına azan və sol qulağına iqamə oxumaq Hz.Peyğəmbər(s) sünnətidir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-657.html