4 Aprel, 2017
Roma papası Qahirə islam universitetində çıxış edəcək

Roma papası Fransisk aprelin 28-də Misirin paytaxtı Qahirənin "Əl-Əzhar" Universitetində dünya problemləri üzrə beynəlxalq konfransın iştirakçıları qarşısında çıxış edəcək.

Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Universiteti ziyarət etmək və onun dini lideri Məhəmməd əl-Tayyib ilə görüşmək bazar ertəsi elan olunan Misirə səfər proqramının (28-29 aprel) əsas hadisəsidir. Səfər 37 saat davam edəcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6566.html