4 Aprel, 2017
Ərdoğan: Suriyada yeni əməliyyata başlayırıq

Türkiyə Prezidenti ölkəsinin Suriyaya dair planlarından danışıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə NTV telekanalı məlumat yayımlayıb.

Xəbərə əsasən, Türkiyə Prezidenti Trabzon şəhərindəki mitinq zamanı bildirib ki, rəsmi Ankara “Fərat Qalxanı” əməliyyatından sonra Suriyada yeni əməliyyatlara hazırlaşır.

Biz, “Fərat Qalxanı” əməliyyatının 1-ci mərhələsini bitirmişik. Davamı, əlbəttə ki, olacaq. Biz, yeni əməliyyatlara hazırlıq işləri aparırıq.”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyənin Baş naziri ötən həftə “Fərat Qalxanı” əməliyyatının uğurla sona çatması haqda məlumat vermişdi.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6565.html