3 Aprel, 2017
Krımda "Came" məscidinin tikintisinə başlanılıb - Foto
Rusiya parlamentinin tanınmamış Krım Respublikasından olan deputatı Ruslan Balbek bildrib ki, 10 ilə yaxın idi ki, inşasını gözlədikləri "Came məscidin" tikintisi sürətlə davam etdirilir.

Ahlibeyt.az-ın faktxəbər-ə istinadən məlumatına görə, tikinti işlərinin təhvil müddətini qabaqladığını bildirən deputat, 2016-cı il ildə məscidin tikintisinə 1,2 milliyard rublun ayrıldığını xatırladıb.

Image result for в крыму строится соборная мечеть

Simferopol şəhərinin cənub yüksəkliyində inşa edilən məscidin 2019-cı ilin 21 aprel tarixində öz qapılarını inanclıların üzünə açacaq.

Göstərilən tarix təsadüfi seçilməyib, belə ki, 21 aprel 2014-ci ildə Rusiya prezidenti Krım xalqlarının qurbanlarının reabilitasiyası haqqında fərman imzalayıb.







Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6559.html