1 Aprel, 2017
Nigeriyada “Boko Haram” silahlıları 22 qızı oğurlayıb

Nigeriyada “Boko Haram”  terrorçu qruplaşmasının silahlıları 22 qız oğurlayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Məlumata görə, martın 30-da silahlılar ölkənin şimal-şərqində yerləşən kənddən 17 yaşadək olan 18 qızı oğurlayıb.

Bundan sonra digər  yaşayış məntəqəsinə hücum edən terrorçular daha 4 qızı zorla özləri ilə aparıblar.

Qeyd edək ki,2014-cü ilin aprelində Borno ştatının Çibok şəhərində internat məktəbində təhsil alan 276 qız “Boko Haram” qruplaşması tərəfindən oğurlanmışdı.

Xatırladaq ki, “Boko Haram” təkfirçi-terror qruplaşması Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6554.html